Bank Of Baku

Maliyyə böhranı Harvard Universitetinə də zərbə vurub

Maliyyə böhranı Harvard Universitetinə də zərbə vurub
# 05 dekabr 2008 08:18 (UTC +04:00)
Vaşinqton – APA. Maliyyə böhranı dünyanın ən imkanlı universiteti olan ABŞ-ın Harvard Universitetinə də zərbə vurub. APA-nın məlumatına görə, avqust ayından bu yana universitet 37 milyard dollarlıq kapitalının (endaument) 8 milyarda yaxınını itirib. Rektor Dru Fost universitetin saytında dərc olunmuş yazısında xərcləri ixtisar etməyə məcbur olacaqlarını elan edib. O, yeni kampusun tikintisi planından imtina edəcəklərini və bəzi əməkdaşların maaşlarına yenidən baxacaqlarını açıqlayıb.
Qeyd edək ki, Harvardda illik təhsil haqqı 45 min dollara yaxındır. Amma çoxsaylı yardım proqramlarının hesabına universitet bu məbləğdən daha az pul alır. Belə ki, illik gəliri 60 min dollardan çox olmayan ailələrdən olan tələbələr pulsuz təhsil alır, gəliri 60-80 min dollar olan ailələrin övladları cəmi bir neçə min dollar, gəliri 120-180 min dollar olan zəngin ailələrin övladları isə bu məbləğin ən çoxu 10 faizi məbləğində təhsil haqqı ödəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR