Bank Of Baku

Corc Buş Barak Obamanı terrorçulara qarşı hücumu davam etdirməyə çağırıb

Corc Buş Barak Obamanı terrorçulara qarşı hücumu davam etdirməyə çağırıb
# 10 dekabr 2008 10:20 (UTC +04:00)
Vaşinqton – APA. Prezident postunda son həftələrini keçirən Corc Buş gələn il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq Barak Obamanı “Əl-Qaidə” və digər terrorçu təşkilatlarla mübarizəni davam etdirməyə çağırıb. APA-nın “The Washington Post” qəzetinə istinadən verdiyi məlumata görə, C. Buş Sent-Poyntdakı Hərbi Akademiyada çıxışında dünyada ABŞ-ın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərlə mübarizənin möhkəm təməlini yaratdıqlarını deyib. O bildirib ki, Əfqanıstan və İraqdakı kampaniyalar, eləcə də digər əməliyyatlar terrorçulara və cinayətkar rejimlərə amansız təzyiq strategiyasının bir hissəsi olub. C. Buş hesab edir ki, onun 2001-ci ildə hakimiyyətə gəldiyi dövrlə müqayisədə indi Amerika daha güclü, manevr qabiliyyətli və daha hazırlıqlıdır: “Gələcək illərdə bizim ölkəmiz bütün dünyada düşmənlərlə mübarizə aparmaq üçün potensialını gücləndirməlidir. Biz hücumu davam etdirməli və Amerika xalqını müdafiə etmək borcumuzu yerinə yetirərkən qətiyyətli, amansız olmalıyıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR