Bank Of Baku

Barak Obama fizika üzrə Nobel mükafatı almış şəxsi energetika naziri təyin edəcək

Barak Obama fizika üzrə Nobel mükafatı almış şəxsi energetika naziri təyin edəcək
# 11 dekabr 2008 07:50 (UTC +04:00)
Çikaqo-APA. ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama energetika naziri postunu fizika üzrə Nobel mükafatı almış Stiven Çuya təklif etmək inyyətindədir. APA-nın məlumatına görə, Demokrat Partiyasındakı mənbələr Stiven Çunun bu vəzifəyə təyin olunması xəbərinin yaxın günlərdə elan ediləcəyini bildiriblər. Qeyd edək ki, adı çəkilən şəxs 1998-ci ildə fizika üzrə Nobel mükafatı almış üç alimdən biridir. Bundan başqa Barak Obama Klinton administrasiyası dövründə ətraf mühitin mühafizəsi məsələlərinə cavabdeh olan Kerol Bruneri özünə energetika və iqlim dəyişiklikləri məsələləri üzrə müşavir təyin etmək niyyətindədir. Bundan əvvəl yayılan xəbərlərdə bu postun Kaliforniya qubernatoru Arnold Şvartseneqqerə təklif olunduğu bildirilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR