Bank Of Baku

Barak Obamanın andiçmə mərasiminə kütləvi insan axını gözlənilir

Barak Obamanın andiçmə mərasiminə kütləvi insan axını gözlənilir
# 12 dekabr 2008 16:29 (UTC +04:00)
Vaşinqton – APA. ABŞ-da yeni seçilmiş prezident Barak Obamanın andiçmə mərasiminə hazırlıq gedir. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, federal və yerli hakimiyyət orqanları Vaşinqtona kütləvi turist axını gözləyirlər. Təhlükəsizliyi təmin etmək üçün Vaşinqtondan 4 min, regionlardan da elə bu qədər polis cəlb olunacaq. Təşkilatçılar turistləri gətirəcək təxminən 10 min avtobus üçün yer də axtarırlar. Hələlik nəqliyyat vasitələrinin 75%-i üçün park yeri müəyyənləşdirilib. Daha bir problem insanların kütləvi şəkildə metrodan istifadəsi olacaq. Vaşinqton Metrosunun mətbuat katibi Liza Foresteyn saatda maksimum 1,2 milyon adam daşıya biləcəklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR