Bank Of Baku

Barak Obamanın ABŞ prezidenti seçilməsi rəsmiləşib

Barak Obamanın ABŞ prezidenti seçilməsi rəsmiləşib
# 16 dekabr 2008 07:42 (UTC +04:00)
Vaşinqton-APA. Demokrat Partiyasının nümayəndəsi Barak Obama rəsmən ABŞ prezidenti seçilib. APA-nın məlumatına görə, dünən müxtəlif ştatlardan olan 538 xüsusi seçici rəsmi şəkildə yeni prezidentə səs veriblər. Xüsusi seçicilərin hansı namizədə səs verəcəyi noyabrın 4-də prezident seçkilərinin ilk mərhələsində müəyyənləşib. Namizədlərdən birinin prezident seçilməsi üçün ən azı 270 səs toplaması lazımdır, Barak Obama seçkilərdə bundan daha çox səs toplayıb. Xüsusi seçicilərin səsverməsinin nəticələri Konqresdə bir daha yoxlanacaq.

Bununla da Barak Obamanın administrasiyasının üzvləri də statuslarını rəsmiləşdiriblər. Bu gündən etibarən Cozef Bayden vitse-prezident, Hillari Klinton isə dövlət katibi hesab olunur.

Barak Obamanın inauqurasiya mərasimi ənənəyə uyğun olaraq noyabrın 20-də keçiriləcək. Hazırda gələcək prezident öz administrasiyasını formalaşdırmaqla məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR