Bank Of Baku

Braziliyada təbii fəlakət 31 nəfərin həyatına son qoyub

Braziliyada təbii fəlakət 31 nəfərin həyatına son qoyub
# 21 iyun 2010 23:19 (UTC +04:00)
Bakı-APA. Braziliyanın şimal-şərq hissəsində yağışların yaratdığı sellər və torpaq sürüşməsi səbəbiylə 31 nəfər ölüb.

Alaqoas əyaləti mülki müdafiə nümayəndələrinin verdiyi məlumata görə, bu əyalətdə 19 nəfər ölüb, çoxlu sayda insan yoxa çıxıb. Əyalətdə təxminən 80 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Pernambuco əyalətində də 12 nəfərin öldüyü bildirilir. Bu əyalətdə də 42 min insan evsiz qalıb.

Bir çox bölgədən məlumat alınmadığı üçün tələfatın miqyasının daha böyük ola biləcəyini ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR