Bank Of Baku

ABŞ Doku Umarovun adını beynəlxalq terrorçuların siyahısına daxil edib

ABŞ Doku Umarovun adını beynəlxalq terrorçuların siyahısına daxil edib
# 24 iyun 2010 00:09 (UTC +04:00)
Bakı-APA. ABŞ çeçen silahlılarının lideri Doku Umarovu rəsmən beynəlxalq terrorçuların siyahısına daxil edib. Bu barədə məlumatı ABŞ dövlət katibinin müavini Filip Krouli verib. Onun sözlərinə görə, dövlət katibinin bu barədə qərarı Doku Umarovun maliyyələşdirilməsi və dəstəklənməsinin məhdudlaşdırılmasına kömək edəcək.

Qeyd edək ki, ABŞ prezidenti Corc Buş 2001-ci il sentyabrın 23-də terrorçuluqla mübarizə tədbirlərinin gücləndirilməsi barədə 13224 saylı fərman imzalayıb. Sənəd terrorçuların siyahısının tərtib olunmasını və onlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Uzun müddət Birləşmiş Ştatlar hökuməti beynəlxalq terrorçuların siyahısına Doku Umarovun adını daxil etmirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR