Bank Of Baku

İraqda bomba hücumlarında yeddi adam ölüb

İraqda bomba hücumlarında yeddi adam ölüb
# 25 iyun 2010 02:40 (UTC +04:00)
Bakı-APA. İraqın Mosul şəhərin qərbindəki polis yoxlama məntəqəsində təhlükəsizlik qüvvələrinə edilən hücumlar ən azı yeddi adamın ölümü ilə nəticələnib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, intiharçı özü ilə bərabər dörd polis zabitini partladıb. Hücumda əlavə dörd polis zabiti yaralanıb. Mosul şəhərinin o biri tayında iki intiharçı ordu bazasının darvazası yaxınlığında özlərini partladıblar. Bir əsgər ölüb, beşi yaralanıb. Paytaxt Bağdadda yolkınarı bomba partlayışları iki polisin həyatına son qoyub, səkkizi yaralanıb. Tal Afarda bir intiharçı ictimai bazarda özünü partlatmağa cəhd göstərərkən təhlükəsizlik qüvvələri onu güllə ilə vuraraq məhv edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR