Bank Of Baku

Hillari Klintonun Azərbaycana səfərinin detalları açıqlanıb

Hillari Klintonun Azərbaycana səfərinin detalları açıqlanıb
# 26 iyun 2010 00:58 (UTC +04:00)
APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamenti səfərlə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Hillari Klinton iyulun 1-dən 5-dək səfərə yola düşür. O, səfər çərçivəsində Kiyev, Krakov, Bakı, İrəvan və Tiflisdə olacaq. Dövlət katibi Ukrayna paytaxtında yerli rəsmi şəxslərin, o cümlədən, Ukrayna prezidenti və XİN rəhbərinin iştirakı ilə strateji tərəfdaşlıq üçün komissiyanın ikinci görüşünə qatılacaq. Hillari Klinton həmçinin vətəndaş cəmiyyəti və müstəqil KİV nümayəndələri ilə də görüşəcək”.

Krakovda Hillari Klintonun “Demokratiyalar cəmiyyəti”nin 10 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Bu təşkilat ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt tərəfindən polşalı nümayəndələrlə birlikdə yaradılıb. Hillari Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə də görüşəcək.

Dövlət Departamentinin məlumatının Cənubi Qafqaza səfərlə bağlı hissəsində deyilir: “Dövlət katibinin səfəri Azərbaycan, Ermənistan və Gürcüstanda davam edəcək. O, bu ölkələrin rəhbərləri ilə ikitərəfli əlaqələr, sülh və sabitlik məsələlərini müzakirə edəcək, eləcə də vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR