Bank Of Baku

Braziliya prezidenti G20 zirvəsinə getməkdən imtina edib

Braziliya prezidenti G20 zirvəsinə getməkdən imtina edib
# 26 iyun 2010 04:12 (UTC +04:00)
Bakı-APA. Braziliya prezidenti Luis İnasiu Lula da Silva Kanadada keçirilən «iyirmiliyin» sammitinə getməkdən imtina etməyə məcbur olub. Onun qərarı ölkənin daşqından ziyan görmüş şimal-şərq ştatlarındakı vəziyyətlə bağlıdır. Bu barədə jurnalistlərə Braziliyanın xarici işlər naziri Selsu Amorim məlumat verib.

«Prezident mənə bildirdi ki, təbii fəlakət qurbanlarına yardım üzrə verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün Braziliyada qalmaq niyyətindədir», deyə nazir dövlət başçısı ilə görüşdən sonra bildirib. Sammitdə Braziliyanın nümayəndə heyətinə maliyyə naziri Qidu Manteqanın başçılıq edəcəyi məlum olub.

Şiddətli yağışlar nəticəsində Alaqoas və Pernambuku ştatlarında əmələ gəlmiş daşqınlar 51 nəfərin ölümünə səbəb olub. 200 minə yaxın insan evsiz-eşiksiz qalıb, 76 nəfər isə itkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR