Bank Of Baku

ABŞ-da yeni maliyyə fırıldağının üstü açılıb

ABŞ-da yeni maliyyə fırıldağının üstü açılıb
# 26 iyun 2010 10:36 (UTC +04:00)
Bakı – APA. ABŞ hökuməti daha bir maliyyə piramidasının fəaliyyətinin dayandırılması üçün məhkəmə qərarı alıb. Bu dələduzluq əməliyyatının tərkibi hüquq-mühafizə və dövlət orqanlarında çalışan işçilərdən maliyyə vəsaitinin cəlb edilməsi və mövcud olmayan fondun qiymətli kağızlarına sərmayə kimi yatırılmasından ibarət olub.

Piramida yaradıcıları artıq müştərilərdən 34 mln. dollar məbləğində vəsait toplaya bilib.

Bu, son üç ildə ABŞ-da aşkarlanan ilk maliyyə piramidası deyil. Həmin faktlar arasında isə ən qalmaqallı NASDAQ birjasının yaradıcısı Bernard Meydofun fırıldağı olub. Onun yaratdığı piramida nəticəsində investorlara on milyardlarla dollar məbləğində zərər dəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR