Bank Of Baku

Avtobusun dərəyə yuvarlanması nəticəsində 26 nəfər həlak olub, 40 nəfər yaralanıb

Avtobusun dərəyə yuvarlanması nəticəsində 26 nəfər həlak olub, 40 nəfər yaralanıb
# 28 iyun 2010 07:50 (UTC +04:00)
APA-nın İspaniyanın EFE agentliyinə istinadən xəbərinə görə, “TransUncia” şirkətinə məxsus avtobus Koçabamba şəhərindən Potosi şəhərinə gedirmiş. Avtobusda 70 sərnişin olub.

Polisin ehtimalına görə, qəzaya səbəb avtobusun əyləc sistemində baş verən nasazlıq olub. Ölən və yaralananlar arasında uşaqlar da var. Yaralıların hamısı yerli xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, cəmi üç gün əvvəl - iyunun 25-də həmin marşrutla hərəkət edən “El Dorado” şirkətinə məxsus avtobusun qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub, 39 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR