Bank Of Baku

ABŞ Rusiyanı Gürcüstanın suverenliyinə riayət etməyə çağırıb

ABŞ Rusiyanı Gürcüstanın suverenliyinə riayət etməyə çağırıb
# 29 iyun 2010 21:36 (UTC +04:00)
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət katibinin müavini Filipp Qordon jurnalistlərə deyib.
«Biz yaranmış vəziyyəti qeyri-qənaətbəxş sayırıq və bu haqda ABŞ-a səfəri zamanı Rusiya prezidentinə bildirmişik», Qordon qeyd edib. Onun sözlərinə görə, Vaşinqton Rusiyanı atəşkəs rejiminə riayət etməyə çağırıb və qoşunlarını Gürcüstanla konfliktə qədər olan mövqelərinə çəkməyə çağırıb.
Qordon deyib ki, iyulun birində ABŞ Dövlət Katibi Hillari Klinton Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. İyulun 5-i Mixail Saakaşvili ilə görüşdə ikitərəfli strateji əməkdaşlıq məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR