Bank Of Baku

Böyük Britaniya: Əfqanıstandan qoşunların vaxtından əvvəl çıxarılması NATO-nun zərərinədir

Böyük Britaniya: Əfqanıstandan qoşunların vaxtından əvvəl çıxarılması NATO-nun zərərinədir
# 01 iyul 2010 03:41 (UTC +04:00)
Bakı-APA. Əfqanıstandan qoşunların vaxtından əvvəl çıxarılması Şimali Atlantika alyansının etibarını sarsıda bilər. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Liam Foks Vaşinqton İrs fondunda çıxışı zamanı bildirib.

«Əfqanıstandan qoşunların vaxtından əvvəl çıxarılması Şimali Atlantika alyansının etibarını sarsıda bilər. NATO yarım əsrdən çoxdur ki, bizim qərbdəki hərbi strategiyamızın əsas həlqəsi olub», deyə Foks qeyd edib. Nazirin sözlərinə görə, qoşunların vaxtından əvvəl çıxarılması Əfqanıstanda və qonşu Pakistanda vəziyyəti mürəkkəbləşdirə bilər.

Foks həmçinin yaxın vaxtlarda bölgədə vəziyyətin mürəkkəbləşməsini gözlədiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR