Bank Of Baku

ABŞ-Meksika sərhədində baş verən atışmada 21 nəfər ölüb, 6 nəfər yaralanıb

ABŞ-Meksika sərhədində baş verən atışmada 21 nəfər ölüb, 6 nəfər yaralanıb
# 02 iyul 2010 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, insident Arizona ştatından 20 kilometr məsafədə yerləşən Noqales şəhərində qeydə alınıb. Meksikanın Noqales şəhəri ilə ABŞ-ın Noqales şəhərini bir çox yerlərdə təbii sərhəd ayırır və bu bölgə qeyri-qanuni miqrasiya və narkotik qaçaqmalçılığının mərkəzlərindən hesab olunur. Meksika polisi atışmada iştirak edən 9 nəfəri, o cümlədən 6 yaralını həbs edib. Bundan başqa hadisə yerindən 8 avtomobil və 7 atıcı silah götürülüb. Qeyd edək ki, iki ölkənin sərhədində cinayətkar qruplaşmalar arasında atışma tez-tez baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR