Bank Of Baku

Kolumbiyada diskotekaya silahlı basqın olub, çoxlu sayda ölən və yaralanan var

Kolumbiyada diskotekaya silahlı basqın olub, çoxlu sayda ölən və yaralanan var
# 03 iyul 2010 08:02 (UTC +04:00)
Boqota-APA. Medelyin şəhəri yaxınlığında yerləşən diskotekada naməlum şəxslərin açdığı atəş nəticəsində ən azı 8 nəfər ölüb, 9 nəfər yaralanıb. APA-nın məlumatına görə, atəş açan şəxslər motosikletlə aradan çıxıblar. Cinayətin motivi məlum deyil. Son zamanlar dünyanın kokain mərkəzi sayılan Medelyində qətllərin sayı artmaqdadır. 2008-ci ildə bu şəhərdə 1066, ötən il isə 2186 nəfər qətə yetirilib. Ölkədə hər yüz min nəfərə düşən qətllərin sayı 94 fakt təşkil edir. Medelyin Cənubi Amerikada yaşamaq üçün ən təhlükəli olan şəhərlərdən sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR