Bank Of Baku

Meksika körfəzində dağılmış neftin yığılması əməliyyatına dirijabl cəlb olunacaq

Meksika körfəzində dağılmış neftin yığılması əməliyyatına dirijabl cəlb olunacaq
# 06 iyul 2010 03:39 (UTC +04:00)
Bakı-APA. Meksika körfəzində dağılmış neftin yığılması əməliyyatına ABŞ HDQ-nin dirijablı cəlb olunur.

Dirijablın köməyilə qərargahda neft ləkəsini təmizləyən komandanın işini əlaqələndirmək niyyətindədirlər. Bundan əlavə MZ-3A dirijablı suyun üzərində köməyə ehtiyacı olan dəniz canlılarının aşkar edilməsi üçün istifadə olunacaq. Bir müddətdən sonra dirijablın üzərinə elektrooptik və infraqırmızı sensorlar, həmçinin radarlar quraşdırılacaq.

Daha öncə Meksika körfəzindəki işlərə Tayvandan gəlmiş «A Whale» tankeri də qoşulmuşdu. Tanker neftlə çirklənmiş suyu təmizləmək qabiliyyətinə malikdir. Onun gündəlik buraxılış qabiliyyəti 21 milyon qallondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR