Bank Of Baku

ABŞ prezidenti Barak Obama İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb

ABŞ prezidenti Barak Obama İsrailin Baş Naziri Benyamin Netanyahu ilə görüşüb
# 07 iyul 2010 01:35 (UTC +04:00)
Bakı-APA. Birləşmiş Ştatlar prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşərək, İsrail-Fələstin sülh prosesi və regionda təhlükəsizlik məslələrini müzakirə edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Netanyahu deyib ki, Birləşmiş Ştatlara səfərinin əsas məqsədi Fələstinlə sülh danışıqlarının birbaşa həyata keçirilməsinə nail olmaqdır. İsrail baş nazirinin Vaşinqtona son dəfə mart ayında etdiyi səfəri İsrailin ərəblərin çoxluq təşkil etdiyi Şərqi Qüdsdə yəhudilər üçün 1600 ev tikiləcəyini elan etməsindən dərhal sonraya təsadüf etmişdi. Birləşmiş Ştatlar rəsmiləri isə ABŞ vitse- prezidentinin bölgəyə səfərindən sonra İsrailin bu qərarını tənqid etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR