Bank Of Baku

Meksikada məmurları aparan təyyarə qəzaya uğrayıb

Meksikada məmurları aparan təyyarə qəzaya uğrayıb
# 07 iyul 2010 23:59 (UTC +04:00)
Bakı-APA. Meksika ştatlarından birinin yüksək vəzifəli məmurlarını aparan kiçik təyyarə uçuş zamanı yanıb. Nəticədə 5 nəfər həlak olub.

Yerli hökumətin məlkmatına görə, insident Koauila ştatında baş verib. Faciəyə altıyerlik təyyarənin mühərrikindəki mexaniki nasazlığın səbəb olduğu bildirilir. Təyyarənin göyərtəsində ştatın ictimai işlər naziri Horasio del Boske, Pyedras-Neqras şəhərinin meri Xose Manuel Maldonado, mülki müdafiə orqanlırının nüayəndəsi, eləcə də fotoqraf və pilot olub. Onların heç biri qəzadan sağ çıxmayıb.

Koauila ştatının təhsil naziri Viktor Samora bildirib ki, təyyarənin düşməsinə kriminal qruplaşmalar və narkotik kartellərinin açdığı atəşin səbəb olmadığı artıq məlumdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR