Bank Of Baku

ABŞ müəyyən şərtlərlə Ben Ladenin sürücüsünü azad etməyə hazırdır

ABŞ müəyyən şərtlərlə Ben Ladenin sürücüsünü azad etməyə hazırdır
# 09 iyul 2010 23:04 (UTC +04:00)
Bakı-APA. Amerika rəsmiləri müəyyən şərtlərlə Üsamə Ben Ladenin keçmiş aşpazı və sürücüsü İbrahim əl-Kosini Quantanamo həbsxanasından buraxmağa hazırdırlar. Bu barədə əl-Kosinin vəkili Əhməd əl-Müfti məlumat verib.

Əl-Kosi terrorçu olduğunu və Ben Ladenə ABŞ əsgərlərindən qaçmağa kömək etdiyini artıq etirfa edib.

«Əl-Kosini azad etməyin əvəzində Amerika ondan Quantanamoda məhkəməsiz keçirdiyi 8 ilə görə kompensasiya istəməməyi tələb edir», deyən əl-Müfti belə bir razılaşmanın əleyhinə olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR