Bank Of Baku

ABŞ prezidenti veteranların müalicəsini çətinləşdirən qanunu ləğv edib

ABŞ prezidenti  veteranların müalicəsini çətinləşdirən qanunu ləğv edib
# 11 iyul 2010 00:17 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama müharibə veteranlarının travmalardan sonra yaşadıqları əqli xəstəliklərin müalicəsinin asanlaşdırıldığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, həftəlik radio müraciəti zamanı prezident deyib ki, Amerikanın Veteranlarla Əlaqələr Departamenti veteranların müalicəsini çətinləşdirən qanunu ləğv edib. İndi veteranlar xəstəliklərinə səbəb olan dəlilləri göstərməli olmayacaq. ABŞ dövlət başçısı veteranlarının səhiyyə imtiyazlarının artırılacağını və müharibədən qayıtdıqdan sonra veteranların evsizlik probleminin həll ediləcəyini bildirib. Amerikanın RAND korporasiyasının hesabatına görə, İraq və Əfqanıstan müharibələrinin hər 5 veteranından biri ciddi depressiya və ya əqli problemlərə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR