Bank Of Baku

Dövlət departamenti: İran problemi beynəlxalq həll tələb edir

Dövlət departamenti: İran problemi beynəlxalq həll tələb edir
# 13 iyul 2010 02:26 (UTC +04:00)
Bakı-APA. İran nüvə proqramı problemi «beynəlxalq həll tələb edir». Bu barədə jurnalistlərə ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Filip Krouli bəyan edib.

«Biz əvvəlkitək görürük ki, İran uranın zənginləşdirilməsi ilə bağlı texnologiyaları təkmilləşdirməyə çalışdıqca, mülki və hərbi proqramlar arasında fərqin yox olduğu nöqtəyə yaxınlaşır», deyə Krouli bildirib. Onun sözlərinə görə, ABŞ «bunun davam etməsi halında İranın nüvə silahı əldə edəcəyindən ehtiyatlanır».

Krouli qeyd edib ki, ABŞ hadisələrin bu cür inkişafını ləngitmək və ya qarşısını almaq üçün əlindən gələni edir.

«Məhz buna görə beynəlxalq həll vacibdir. Bütün ölkələr İranı digər istiqamətdə hərəkət etməyə inandırmaq üçün əllərindən gələni etməlidirlər», deyə Dövlət departamentinin nümayəndəsi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR