Bank Of Baku

BMT: Haitidə zəlzələdən sonra 1,5 mln. insan evsiz-eşiksizdir

BMT: Haitidə zəlzələdən sonra 1,5 mln. insan evsiz-eşiksizdir
# 13 iyul 2010 03:17 (UTC +04:00)
Bakı-APA. Haitidə baş vermiş dağıdıcı zəlzələdən yarım il sonra 1,5 mln. insan düşərgələrdə yaşayır, 1,3 mln. insan isə humanitar ərzaq yardımından asılıdır, bərpa prosesi isə ən azı 7 il çəkəcək. Bu barədə BMT-nin Humanitar məsələlərin koordinasiyası idarəsinin mətbuat katibi Elizabet Birs bildirib.

Onun sözlərinə görə, görülmüş bütün işlərə baxmayaraq, adada 20 mln. kubmetr bina dağıntısı yığışdırılmamış qalır. Zəlzələ 222,6 min nəfərin həyatına son qoyub, 300 min nəfər yaralanıb, dövlət infrastrukturunun 60%-i məhv olub, 188 mindən artıq ev yaşayış üçün yararsız vəziyyətə düşüb. Zəlzələ ümumilikdə 7,8 milyard dollar ziyan vurub, bu isə Haitinin ÜDM-nin 120%-i deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR