Bank Of Baku

Fidel Kastro televiziya verilişində iştirak edib

Fidel Kastro televiziya verilişində iştirak edib
# 13 iyul 2010 04:56 (UTC +04:00)
Bakı-APA. Son bir neçə ildə ilk dəfə olaraq Fidel Kastro Kuba teleekranlarında görünüb. Kuba inqilabının lideri «Dəyirmi masa» verilişinin xüsusi buraxılışında iştirak edib.

Verilişin mövzusu İranın nüvə problemi və Cənubi və Şimali Koreya arasında münasibətlərin gərginləşməsi olub. Avqustda 84 yaşı tamam olacaq siyasətçi aparıcının suallarına hərtərəfli cavab verib. Verilişdən məlum olub ki, komandantenin hadisələrdən tam xəbəri var.

Ötən həftə Fidel Kastro 2006-cı ildən sonra ilk dəfə olaraq ictimaiyyət arasında görünüb. O Havanadakı Milli Elmi araşdırmalar mərkəzində olub.

Bir neçə ilə əvvəl Fidel Kastro səhhəti ilə əlaqədar siyasətdən gedərək hakimiyyəti kiçik qardaşı Raula verib. Hər bir neçə ildən bir mətbuatda komandantenin ölümü haqqında məlumat dərc olunur. Kuba lider 1986, 1994, 2007 və 2009-cu illərdə «ölüb». «Kubanın düşmənləri arzularını həqiqət kimi qələmə verərək məni dəfələrlə dəfn ediblər», deyə Kastro baş verənlərə reaksiyasını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR