Bank Of Baku

Pan Gi Mun BMT-nin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi postunu yaratmağı təklif edib

Pan Gi Mun BMT-nin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi postunu yaratmağı təklif edib
# 04 may 2012 20:52 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən baş katib Pan Gi Mun terrorçu şəbəkələrin məhv edilməsi üçün kollektiv tədbirləri fəallaşdırmağa çağırıb. Bu barədə APA BMT Məlumat mərkəzinə istinadən xəbər verir.

Baş katib BMT-nin terrorçuluqla mübarizə üzrə əlaqələndiricisi postunu yaratmağı təklif edib.

«Əfqanıstan, Nigeriya və Yəməndə bu yaxınlarda baş vermiş hücumlar onu göstərir ki, terror təhlükəsi əvvəlki kimi böyükdür», deyə Pan Gi Mun bildirib. O əlavə edib ki, terrorçu təşkilatlar yeni dislokasiya yerləri axtarmağa davam edirlər, yeni taktika və yeni hədəflər seçirlər.

Pan Gi Mun vurğulayıb ki, iyun ayında Baş Assambleyanın Terrorçuluqla mübarizəyə dair qlobal strategiyanın həyata keçirilməsinə həsr olunmuş iclası keçiriləcək. Sözügedən strategiya 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR