Bank Of Baku

ABŞ Suriyaya qarşı sanksiyaların müddətini bir il də artırıb

ABŞ Suriyaya qarşı sanksiyaların müddətini bir il də artırıb
# 10 may 2012 03:49 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama «Suriya hökumətinin hərəkətləri ilə bağlı fövqəladə hal rejimi»ni bir il də artırıb. Bu qərar ABŞ hökumətinə Suriya hakimiyyətinə qarşı sanksiyaları saxlamaq, lazım gələrsə isə sərtləşdirmək üçün imkan verir.

Barak Obamanın sözlərinə görə, hazırkı Suriya rəhbərliyinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi və siyasi məqsədləri üçün çox böyük təhlükədir. Söhbət Suriya hakimiyyətinin terrorçuluğu dəstəkləməsindən, öz vətəndaşlarına qarşı repressiya həyata keçirməsindən və insan haqlarını pozmasından edir. Barak Obama Suriya prezidenti Bəşər Əsədi tutduğu vəzifədən istefa verməyə və Suriyada demokratik islahatlar keçirmək üçün imkan yaratmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR