Bank Of Baku

“Əl-Qaidə”-nin planlaşdırdığı terror aktının qarşısını alan Böyük Britaniyanın kəşfiyyat agenti olub

“Əl-Qaidə”-nin planlaşdırdığı terror aktının qarşısını alan Böyük Britaniyanın kəşfiyyat agenti olub
# 11 may 2012 02:34 (UTC +04:00)
Bakı-APA. “Əl-Qaidə” terror qruplaşmasının ABŞ təyyarəsini partlatmaq planının qarşısını alan şəxs Böyük Britaniyanın məxfi agent olub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, agent Səudiyyə Ərəbistanı əsillidir.
Xatırladaq ki, agent “Əl-Qaidə” Yəmən şəbəkəsinin rəhbərinə özünü intiharçı kimi qələmə verərək alt geyimində ABŞ təyyarəsinə partlayıcı qurğu keçirməyə könüllü şəkildə razılıq verib.
Agent yeni partlayıcı maddələrlə hazırlanmış partlayıcı qurğunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim edib.
Britaniyanın Mİ-6 kəşfiyyat xidməti bu xəbəri şərh etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR