Bank Of Baku

Pentaqona İran raketlərini neytrallaşdırmaq üçün 5 milyard dollar vəsait ayrılıb

Pentaqona İran raketlərini neytrallaşdırmaq üçün 5 milyard dollar vəsait ayrılıb
# 12 may 2012 13:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi İran və Şimali Koreyanın raketlərini neytrallaşdırmaq üçün ölkənin şərq sahillərində xüsusi raket əleyhinə müdafiə sisteminin (RƏMS) quraşdırılması layihəsini təsdiqləyib.

APA-nın məlumatına görə, layihənin həyata keçirilməsi üçün ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) büdcədən 5 milyard dollar vəsait ayrılıb.

Demokratların layihənin əleyhinə çıxmalarına baxmayaraq, respublikaçıların səs çoxluğu məsələni həll edib.

Layihə 2015-ci ilə qədər sistemin tamamilə qurulub başa çatdırılmasını nəzərdə tutur. RƏMS-in harada qurulacağına isə Pentaqon özü qərar verəcək.

Qeyd edək ki, ABŞ-da İranın üç ilə qədər ballistik raket texnologiyasına sahib olacağını düşünürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR