Bank Of Baku

Səfir Aqşin Mehdiyev: «Konqoda humanitar vəziyyət və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur»

Səfir Aqşin Mehdiyev: «Konqoda humanitar vəziyyət və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ciddi narahatlıq doğurur»
# 15 may 2012 04:27 (UTC +04:00)
Bakı-APA. BMT Təhlükəsizlik Şurası Konqo Demokratik Respublikasında 11 pakistanlı əsgərin yaralanması ilə nəticələnmiş beynəlxalq sülhməramlılar missiyasına hücumu pisləyib. Bu barədə Təhlükəsizlik Şurasının sədri, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyevin bəyanatında deyilir.

Hücum mayın 14-də Cənubi Kivu əyalətinin Bunyakiri rayonunda baş verib. 7 sülhməramlı güllə yarası alıb. 4 nəfəri isə kütlə daşla yaralayıb.

Mehdiyevin sözlərinə görə, BMT TŞ Konqoda «humanitar vəziyyət və təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsindən» ciddi narahatdır. TŞ üzvləri Konqo hökumətini hücum edənlərin tezliklə qanun qarşısında cavab verməsini təmin etməyə çağırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR