Bank Of Baku

Kolumbiyanın sabiq daxili işlər nazirinə sui-qəsd edilib

Kolumbiyanın sabiq daxili işlər nazirinə sui-qəsd edilib
# 16 may 2012 02:16 (UTC +04:00)
Bakı-APA. Kolumbiyanın paytaxtı Boqotada baş vermiş partlayışda iki nəfər həlak olub, aralarında sabiq daxili işlər naziri Fernando Londonyo olmaqla 20 nəfər yaralanıb. APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Kolumbiya hökumətinin nümayəndəsi bildirib ki, terror aktının hədəfi Fernando Londonyo olub. Onun mühafizəçiləri bildiriblər ki, iki nəfər motosiklla hərəkət edərək partlayıcı qurğunu Londonyonun zirehli avtomobilinə bərkidib və bir neçə saniyədən sonra partlayış baş verib. Sabiq nazir yüngül yaralanıb. Hadisəyə görə məsuliyyəti Kolumbiyada fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR