Bank Of Baku

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar qəbul edib

BMT Təhlükəsizlik Şurası İrana qarşı yeni sanksiyalar qəbul edib
# 17 may 2012 03:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. BMT Təhlükəsizlik Şurası silah qaçaqmalçılığında təqsirli bilinən iki İran vətəndaşına və şirkətinə qarşı sanksiya tətbiq edib. APA-nın məlumatına görə, bu qərarla Əzim Ağacani və Əli Əkbər Təbatabainin xaricdəki bütün bank hesabları və əmlakı dondurulacaq, onlara xarici ölkələrə səfər etmək üçün viza verilməyəcək. BMT ekspertlərinin qənaətinə görə, bu iki şəxs İran İslam İnqilabı Keşikçilər Korpusuna (“Sepah”) daxil olan “əl-Qüds” xüsusi xidmət orqanının əməkdaşlarıdır və silah qaçaqmalçılığı ilə məşğul olurlar. Eyni zamanda “Sepah”a bağlı olduğu bildirilən və sanksiya siyahısına daxil edilən “Behineh Trading” şirkətinin də xarici hesabları dondurulub.
Qeyd edək ki, Ə.Ağacani və Ə. Təbatabaiyə qarşı Avropa Birliyi də sanksiya tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR