Bank Of Baku

ABŞ konqresmenləri İranla bağlı sərt qətnamə qəbul ediblər

ABŞ konqresmenləri İranla bağlı sərt qətnamə qəbul ediblər
# 18 may 2012 02:37 (UTC +04:00)
Bakı-APA. ABŞ Konqresinin Nümayəndələr Palatası qəbul etdiyi qətnamədə İranı nüvə silahı əldə etməmişdən “dayandırmağın” vacibliyi bildirilib.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, qətnamədə deyilir ki, İranın nüvə ambisiyasına sərt cavab verməyən siyasət qəbul olunmazdır. Çünki bu ABŞ-ın milli təhlükəsizliyini zərbə altında qoyur. Qətnamə ABŞ administrasiyasını bu səpkidə konkret addımlar atmağı öhdəsinə qoymur. Sənədin lehinə 401, əleyhinə 11 konqresmen səs verib.
Gələn həftə İranla “altılıq“ arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR