Bank Of Baku

ABŞ-da «böyük səkkizliyin» sammiti keçirilir

ABŞ-da «böyük səkkizliyin» sammiti keçirilir
# 19 may 2012 04:45 (UTC +04:00)
Bakı-APA. ABŞ-da «böyük səkkizliyin» sammiti öz işinə başlayıb. Kemp-Deviddə iştirakçı ölkələrin liderləri və Avropa İttifaqının rəhbərliyi toplaşıb. Sammitin işgüzar proqramı ABŞ prezidentinin iqamətgahında qeyri-formal yeməkdən sonra başlayıb. İlk olaraq qlobal siyasi problemlər müzakirə olunub.

Növbəti günün gündəliyində dünya iqtisadiyyatı və siyasətindəki vəziyyət, həmçinin enerji və ərzaq təhlükəsizliyi məsələləri var. Rusiya tərəfinin təklifi ilə beynəlxalq terrorçuluqla mübarizə də müzakirə olunacaq.

Sammit başlamamışdan əvvəl Çikaqoda onun əleyhinə nümayiş keçirilib. Nümayişi pasifistlər və antiqlobalistlər təşkil ediblər. Sabah nümayişçilər Əfqanıstandakı hərbi kampaniyanın, həmçinin dünyadakı sosial və iqtisadi qeyri-bərabərliyin əleyhinə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR