Bank Of Baku

Ağ Ev: «ABŞ İrana təzyiqi artıracaq»

Ağ Ev: «ABŞ İrana təzyiqi artıracaq»
# 23 may 2012 03:46 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti nüvə proqramı ilə əlaqədar məsələlərə görə İrana təzyiqi artırmaq fikrindədir. Ağ Evin rəsmi nümayəndəsi Cey Karni belə bir bəyanatla çıxış edib.

«Biz Tehrana təzyiq göstərməyə davam edəcəyik və sanksiyalar qəbul edilməsi məsələsində irəliləyəcəyik», deyə Karni bildirib.

O bu sanksiyaların 2012-ci il ərzində tətbiq ediləcəyinə söz verib.

MAQATE baş direktoru Yukiya Amanonun İranla əməkdaşlıq müqaviləsinin yaxın vaxtlarda bağlanacağına dair bəyanatına gəldikdə Karni bildirib: «Vədlər bir şeydir, konkret hərəkətlər və öhdəliklərin yerinə yetirilməsi isə başqa şey».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR