Bank Of Baku

FARK solçu qruplaşması fransalı jurnalisti azad edib

FARK solçu qruplaşması fransalı jurnalisti azad edib
# 31 may 2012 00:21 (UTC +04:00)
Bakı-APA.Kolumbiyanın cənubunda FARK solçu qruplaşması aprel ayından girov saxladığı fransalı telejurnalist Romeo Lanqluanı azad edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, on ildən çox Kolumbiyada çalışan “Frans 24” telekanalın reportyoru Lanqlua Kolumbiya hərbiçilərin ölkənin cənubunda narkotik alverçilərinə qarşı apardığı əməliyyat barədə reportaj hazırlayarkən girov götürülüb.
Azad olunan jurnalist bildirib ki, FARK döyüşçüləri onunla yaxşı rəftar ediblər.
Lanqluanın azad olması Beynəlxalq Qırmızı Xaç və Kolumbiya hökumətinin FARK-ın rəhbərliyi ilə apardıqları danışıqlardan sonra mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR