Bank Of Baku

Hillari Klinton: “ABŞ əmindir ki, Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır”

Hillari Klinton: “ABŞ əmindir ki, Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır”
# 04 iyun 2012 22:41 (UTC +04:00)
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yerevanda səfərdə olan ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyanla birgə mətbuat konfransında deyib.

O, deyib: “ABŞ əmindir ki, Qarabağ münaqişəsi Madrid prinsipləri əsasında həll olunmalıdır. Bura gücdən istifadə etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratının həll etmək prinsipləri daxildir”.
Klinton Ermənistan prezidenti Serj Sarkisyan ilə keçirdiyi görüşdə Ermənistanın regional problemlərinin həll olunmasına ABŞ-ın yardım edəcəyini bildirib. Klinton Türkiyəni Ermənistanla münasibətləri nizamlamağa çağırıb.

Voanews.com saytının yaydığı xəbərə görə, Klinton bildirib ki, Türkiyə Ermənistan münasibətləri “böyük problemdir və ABŞ bunun həll olunmasına yardım etmək istəyir”.
Dövlət Departamentinin rəhbərinin fikrincə, Türkiyə və Azərbaycanla iqtisadi münasibətlərin olmaması Ermənistanın inkişafını məhdudlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR