Bank Of Baku

ABŞ prezidentinin müşaviri: “Danışıqların uğursuzluqla nəticələnməsindən İran qorxmalıdır”

ABŞ prezidentinin müşaviri: “Danışıqların uğursuzluqla nəticələnməsindən İran qorxmalıdır”
# 22 iyun 2012 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obamanın Yaxın Şərq üzrə müşaviri Denis Ross deyib. O bildirib ki, Moskva görüşünün nəticəsiz başa çatacağını əvvəlcədən hiss edib: ““Altılıq” ölkələri İranın nüvə probleminin addım-addım həll yolundan uzaqlaşaraq, daha sərt mövqeyə keçməlidir. Tehrana lazımi cavab verməyincə, elə zənn edəcək ki, hələ zamanı var. Əsas məsələ odur ki, Tehran müzakirələrin nəticəsini qəbul etməyə hazırdırmı? İran dinc məqsədlər üçün atom enerjisindən istifadə edə bilər. Lakin onun intensiv inkişafı ilə məşğul olmamalıdır. Tehran bu şərti qəbul etməsə, deməli problemin həllində diplomatiyanın köməyi olmayıb.

Fikrimcə, ən yaxşı həll yolu diplomatik cəhdlərin perspektivini artırmaqdır. İran bilməlidir ki, biz məsələnin diplomatik yolla həllinə çalışırıq. Bununla belə, müzakirələrin uğursuzluqla nəticələnməsindən də qorxmuruq. Bundan İran qorxmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR