Bank Of Baku

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycana silah satışı ilə bağlı məsələyə aydınlıq gətirib

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycana silah satışı ilə bağlı məsələyə aydınlıq gətirib
# 03 iyul 2012 18:47 (UTC +04:00)
APA-nın məlumatına görə, Adam Sterlinq jurnalistlərə deyib ki, ABŞ-da özəl şirkətlər başqa dövlətlərə müdafiə avadanlığı satması üçün Dövlət Departamentindən lisenziya almalıdırlar və silahı satdıqları ölkələrin siyahısını təqdim edirlər.

Sterlinq deyib: “ABŞ-ın bir özəl şirkəti Dövlət Departamentinə təqdim etdiyi sözü gedən siyahıdan Azərbaycanın adını çıxarıb”. O şirkətin adını açıqlamayıb.

Diplomat qeyd edib ki, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində geniş əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq uzun müddətdir davam edir.

Adam Sterlinq vurğulayıb ki, bu sahədə ABŞ və Azərbaycan arasında heç bir dəyişiklik baş verməyib.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxararaq rəsmi Bakıya hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məsələ Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi Harvard Bermanın Konqresə göndərdiyi məktubdan sonra gündəmə gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR