Bank Of Baku

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Bu il Azərbaycan dünyada öz nüfuzunu artırıb” - FOTOSESSİYA

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili: “Bu il Azərbaycan dünyada öz nüfuzunu artırıb” - <font color=red>FOTOSESSİYA</font>
# 03 iyul 2012 21:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Azərbaycan ABŞ-ın tərəfdaşıdır. ABŞ-ın güclü tərəfdaşlara ehtiyacı var. Amerika Bakı-Tbilisi-Ceyhan proyektinin reallaşmasında yardım edib, ABŞ-la Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlıq edirlər. ABŞ Qarabağ münaqişəsinin nizamlamasına və sülhə nail olmasına yardım etməkdə davam edir”.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq Bakıda keçirilən ABŞ-ın Müstəqillik Gününə həsr olunan görüşdə deyib.

O bildirib ki, bu il Azərbaycan dünyada öz nüfuzunu artırıb. Diplomat Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilməsini və Bakıda “Avrovijn” müsabiqəsinin keçirilməsini qeyd edib. Sterlinq deyib: “Yaxın keçmiş ilə müqayisədə indi Azərbaycan dünya ilə daha da geniş dialoqa malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR