Gürcüstanda İran şirkətinin ərazisində xlor sızması nəticəsində 56 nəfər zəhərlənib
04 iyul 2012 01:47 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, şirkətin yaxınlığında yerləşən evlərdə yaşayan bu sakinlər Tiflisin İaşvili adına xəstəxanasına yerləşdirilib. Zərər çəkənlərin arasında hamilə qadın və 4 uşaq var. Hazırda xlor saxlanıldığı 800 litr tutumlu çən şəhərdən kənara aparılıb. Hadisə yerinə polis və digər xidmət strukturları cəlb edilib. Tiflisin İsani-Samqori administrasiyasının başçısı Temur Qriqalaşvilinin məlumatına görə, xlor sızan ərazidə hava normaya uyğundur. Heç bir təlaşa səbəb yoxdur.
Məlumata görə, hadisə yerinə Gürcüstan prezidenti Mixail Saakaşvili və səhiyyə naziri Zurab Çiaberaşvili də baş çəkiblər.
Həkimlərin dediyinə görə, zəhərlənən sakinlərin səhhəti qənaətbəxşdir. Onların sağlamlığı üçün bütün tibbi xidmət göstərilir. Hazırda hadisə yerində fövqəladə xidmət strukturları sızmanı tamamilə aradan qaldırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Amerika
Blinken NATO-nun Ukraynaya dəstəyini müzakirə etmək üçün Çexiya və Moldovaya səfər edəcək
08:27
25 may 2024
Ostin tibbi prosedurdan sonra vəzifəsinin başına qayıdıb - YENİLƏNİB
07:29
25 may 2024
Blinken Berbokla Rusiya və Çin arasındakı əməkdaşlığı müzakirə edib
03:40
25 may 2024
ABŞ və Çin müdafiə nazirləri Sinqapurda görüşəcəklər
00:34
25 may 2024