Bank Of Baku

Nyu-York Senatı azərbaycanlıların soyqırımına dair qətnaməni diaspor təşkilatına təqdim edib

Nyu-York Senatı azərbaycanlıların soyqırımına dair qətnaməni diaspor təşkilatına təqdim edib
# 12 iyul 2012 03:14 (UTC +04:00)
Bakı-APA. Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qətnaməsinin rəsmi nüsxəsi Amerika-Azərbaycan Şurasına təqdim edilib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə,
bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə press-relizdə məlumat verilir.

3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib.

Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR