Bank Of Baku

12 nəfəri öldürməkdə ittiham olunan Ceyms Holms ilk dəfə məhkəmə qarşısına çıxıb

12 nəfəri öldürməkdə ittiham olunan Ceyms Holms ilk dəfə məhkəmə qarşısına çıxıb
# 23 iyul 2012 19:51 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Kolorado ştatında 12 nəfərin ölümündə və 58-nin yaralanmasında ittiham olunan Ceyms Holms bu gün ilk dəfə məhkəmə qarşısına çıxıb.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ telekanalları məhkəmə zalında birbaşa reportaj veriblər. Məhkəmə dinləmələri zamanı Ceyms Holms danışmayıb. Onun yerinə hakimin suallarına vəkili cavab verib. Ona qarşı rəsmi ittiham iyulun 30-da irəli sürüləcək. Kolorado ştatının prokuroru Kerol Çembers deyib ki, Ceyms Holmsa qarşı ölüm hökmü tələb etmək və ya etməmək barədə qərar yaxın 60 gün ərzində müəyyən olunacaq. Bu məsələ yaralanan və öldürülən insanların qohumları ilə müzakirə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR