Bank Of Baku

ABŞ dünyada QİÇS-lə mübarizəyə 80 mln dollar ayırıb

ABŞ dünyada QİÇS-lə mübarizəyə 80 mln dollar ayırıb
# 23 iyul 2012 21:53 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton Vaşinqtonda keçirilən beynəlxalq QİÇS konfransındakı çıxışında bildirib ki, ABŞ hökuməti kasıb ölkələrdə yeni doğulmuş uşaqlar arasında HİV virusuna yoluxmanın qarşısını almaq məqsədinə 80 mln dollar ayırıb.
APA-nın voanews.com saytına verdiyi xəbərə görə, Klinton deyib ki, ayrılan vəsait inkişaf etməkdə olan ölkələrdə qadınlar uşaqları yoluxdurmaması üçün dərman preparatları ilə təmin olunacaqlar. Onun sözlərinə görə, prezident Obama risk qruplarında: homoseksuallar, seks bizneslə məşğul olan qadınlar və narkomanlar arasında HİV virusuna yoluxma hallarının azaldılmasına yönələn təbirlərin həyata keçirmək üçün əlavə milyonlarla dollar ayırmaq niyyətindədir. “Biz HİV/QİÇS-ə qələbə çalacağıq, lakin bu məsələ ətrafında dialoq aparmamağa ixtiyarımız yoxdur”, - Klinton deyib.

Klinton bəyan edib ki, ABŞ qarşısına QİÇS-siz nəsil böyütmək məqsədi qoyub və bu epidemiya ilə mübarizə istiqamətdə öz səylərini fəallaşdıracaq.

Bu konfransda dünyanın 25000-ə qədər QİÇS üzrə ekspeti, siyasi liderlər və diplomatlar iştirak edir.
BMT-nin HİV/QİÇS-lə mübarizə təşkilatınin birgə proqramı üzrə icraçı direktor Mişel Sidibe deyib ki, son zamanlar əldə olunan dərman preparatları və profilaktik tədbirlər bu xəstəlikdən dünyanı azad etməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR