Ərdoğan və Obama Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını müzakirə ediblər

Ərdoğan və Obama Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını müzakirə ediblər
# 30 iyul 2012 23:49 (UTC +04:00)
Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama telefon söhbətində Suriya lideri Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması üçün səylərin əlaqələndirilməsini müzakirə ediblər. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Türkiyə baş nazirinin təşəbbüsü ilə baş tutub.

«Prezident Obama baş nazir Ərdoğanla Suriyada siyasi hakimiyyətin ötürülməsinin sürətləndirilməsi üçün səylərin əlaqələndirilməsini müzakirə ediblər. Bu ötürülmə Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılmasını ehtiva edir və Suriya xalqının qanuni tələblərinə uyğun olmalıdır. Hər iki lider dinc əhaliyə edilən mənasız hücumlardan narahatlıqlarını ifadə ediblər», deyə Ağ Evin məlumatında bildirilir.

Suriya ordusu son üç gün ərzində Hələb şəhərinə hücuma keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR