Dövlət departamenti: «ABŞ İran probleminin diplomatik həllinə nail olmaq istəyir»

Dövlət departamenti: «ABŞ İran probleminin diplomatik həllinə nail olmaq istəyir»
# 31 iyul 2012 00:47 (UTC +04:00)
Bakı-APA. ABŞ əvvəlki kimi İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qarşı heç bir fəaliyyət variantını istisna etmir, lakin hələlik yalnız diplomatik yolla hərəkət etmək fikrindədir. Bu barədə ABŞ Dövlət departamentinin rəsmisi Viktoriya Nuland bəyan edib.

«Həmişə olduğu kimi, İsraillə apardığımız bu dəfəki danışıqlarda da İranın nüvə proqramını müzakirə edirik. Biz həmişə İrana təzyiq göstərilməsi və diplomatik həll variantının axtarılması üsullarından danışırıq. Bu paralel yürüdülən strategiyadır. Bizim mövqeyimiz aydındır. Biz heç bir fəaliyyət variantını istisna etmirik. Lakin indi təzyiq və diplomatik həll variantlarının birgə yürüdülməsi ilə məşğuluq», deyə Nuland ənənəvi keçirdiyi brifinqdə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR