ABŞ dövlət katibi Afrika səfərinə çıxıb

ABŞ dövlət katibi Afrika səfərinə çıxıb
# 31 iyul 2012 20:47 (UTC +04:00)
Bakı-APA.Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Afrikaya iqtisadi və demokratik məsələlərlə bağlı 10 günlük səfəri çərçivəsində Seneqala yola düşür.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, Klinton çərşənbə günü Seneqalın yeni prezidenti Makki Salla görüşəcək və bu ölkədə demokratik təsisatların möhkəmlənməsi ilə bağlı çıxış edəcək.

ABŞ dövlət katibinin eləcə də keçən il Sudandan ayrılan yeni dövlət Cənubi Sudana səfər edəcək. Klintonun bu ölkəyə səfəri BMT Təhlükəsizlik Şurasının iki ölkə arasında vətəndaşlıq, sərhəd və neftlə bağlı mübahisələrinə son qoymağa çalışdığı vaxta təsadüf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR