Barak Obama MKİ-yə Suriya müxalifətinə yardım göstərməyə icazə verib

Barak Obama MKİ-yə Suriya müxalifətinə yardım göstərməyə icazə verib
# 02 avqust 2012 03:46 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Mərkəzi Kəşfiyyat İdarəsinə və digər xidmətlərə Suriya müxalifətçilərinə yardım göstərməyə icazə verən sərəncam imzalayıb. Bu barədə Reyter ABŞ administrasiyasına istinadən məlumat verir.

İmzalanmış sənəd ABŞ xüsusi xidmət idarələrinə Suriya müxalifətçilərinə prezident Bəşər Əsədi devirməkdə yardım göstərməyə imkan verir.

ABŞ maliyyə nazirliyi isə «Azad Suriya ordusu»nun Vaşinqton nümayəndəliyinə Suriya hərbi müxalifəti adından maliyyə əməliyyatları həyata keçirməyə icazə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR