BMT Baş Assambleyası Suriyaya dair qətnamə qəbul edib

BMT Baş Assambleyası Suriyaya dair qətnamə qəbul edib
# 03 avqust 2012 20:56 (UTC +04:00)
Bakı-APA. BMT Baş Assambleyası səs çoxluğu ilə Suriyaya dair qətnamə qəbul edib.

Qətnamənin lehinə 133, əleyhinə 12 ölkə səs verib, 31 ölkə isə bitərəf qalıb.

Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülmüş qətnamədə bir sıra dəyişikliklər edilib. Qətnamədən Suriyaya qarşı sanksiya və Bəşər Əsədin getməsi çağırışları çıxarılıb. Buna baxmayaraq sənəddə ölkədə baş verənlərə əsasən Suriya hökuməti pislənilir.

BMT Baş Assambleyasının qətnaməsi Təhlükəsizlik Şurasının analoji sənədindən fərqli olaraq yalnız tövsiyyə və deklarativ xarakter daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR