Sakit okeanda 2 ton kokain daşıyan gəmi saxlanılıb

Sakit okeanda 2 ton kokain daşıyan gəmi saxlanılıb
# 04 avqust 2012 01:51 (UTC +04:00)
Bakı-APA. Kolumbiya və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatı 1,9 ton kokainin müsadirə edilməsi ilə nəticələnib.

APA-nın Sequnda portalına istinadən verdiyi məlumata görə, Sakit okeanın beynəlxalq sularında kokain daşıyan gəmi saxlanılıb. Gəmi Kolumbiyanın Punto-Koko limanından ABŞ-a doğru hərəkət edirmiş.

Ələ keçirilmiş kokainin qara bazardakı qiyməti 65 milyon dollar olaraq qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR