Meksikada şaxtada baş vermiş qəzada 6 nəfər həlak olub

Meksikada şaxtada baş vermiş qəzada 6 nəfər həlak olub
# 04 avqust 2012 03:52 (UTC +04:00)
Bakı-APA. Meksikanın Koauila ştatında 100 ton dağ süxurunun və kömürün sürüşməsi nəticəsində tuneldə qalmış 6 şaxtaçının cəsədləri aşkar olunub. Bu barədə APA BBC-yə istinadən məlumat verir.

Baş vermiş hadisədə yalnız bir şaxtaçı xilas ola bilib.

Ötən həftə Koauila şaxtalarının birində metan partlaması nəticəsində 7 nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR